Dərc edildi: Baxış sayı: 1757
Vilayət Eyvazov sabiq DYP rəisinin vəzifəsini kiçiltdi
Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.
APA-nın məlumatına görə, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət