Dərc edildi: Baxış sayı: 248
Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.
Ens.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.
Hazırda bölmədə yoxlamalar davam etdirilir.
Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.
(Bakupost.az)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət