Dərc edildi: Baxış sayı: 1491
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək
Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət