Dərc edildi: Baxış sayı: 883
Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət