Dərc edildi: Baxış sayı: 301
Vilayət Eyvazov polis baş leytenantını yüksək vəzifəyə təyin edib
Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.
O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət