Dərc edildi: Baxış sayı: 644
Vilayət Eyvazov ona yeni vəzifə verdi
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirin əmri ilə Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hadisələri üzrə inspektoru, polis polkovnik-leytenantı Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib.
E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət