Slimfit
  1. CƏMİYYƏT

Vilayət Eyvazov kursantlarla görüşdü

Vilayət Eyvazov kursantlarla görüşdü
Sakura

Vilayət Eyvazov kursantlarla görüşdü

Avqustun 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis Akademiyalarında təhsil almaq üçün ezam ediləcək kursantları və onların valideynlərini qəbul edib.

Bu barədə Axar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qarşıdakı 5 il ərzində Azərbaycan polisini Rusiyada təmsil edəcək gəncləri, eləcə də onların valideynlərini təbrik edən nazir son illər möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlət başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib.

Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə Volqoqrad və Nijeqorodsk şəhərlərindəki Polis Akademiyalarında 9 yer ayrılıb. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 24 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülmüş, yekun olaraq ən layiqli 9 abituriyent seçilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində, təhsildə uğurlar arzulayıb. O, gənc əməkdaşlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, Rusiyanın Polis Akademiyalarına göndərilən gənclərimiz orada mükəmməl təhsil alaraq müasir texnologiyalarla işləmək bacarığına yiyələnəcək, Vətənə qayıdıb cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin olunmasında, vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin keşiyində duracaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR