Dərc edildi: Baxış sayı: 674
Vilayət Eyvazov komandirin müavinini təqaüdə göndərdi
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alay Komandirinin müavini, polkovnik-leytenantı Əli Ağalıyev vəzifədən azad edilib.
“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ə.Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət