Slimfit
  1. AZƏRBAYCAN

Viktor Qasımov: “Ümid edirəm ki, yaya qədər Azərbaycanda koronavirusun öhdəsindən gələcəyik” - MÜSAHİBƏ

Viktor Qasımov: “Ümid edirəm ki, yaya qədər Azərbaycanda koronavirusun öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
Sakura

Viktor Qasımov: “Ümid edirəm ki, yaya qədər Azərbaycanda koronavirusun öhdəsindən gələcəyik” - MÜSAHİBƏ

“Azərbaycan Respublikasında sanitar və epidemioloji rifah haqqında” Qanunun 25-ci maddəsinə uyğun olaraq, 24 mart 2020-ci il saat 00:00-dan aprelin 20-dək ölkədə koronavirusun yayılması ilə əlaqədar xüsusi karantin rejimi elan edilib.

Dünyada COVID-19-a yoluxan xəstələrin sayı artmaqda davam edir. Onların sayının 382 mindən çox, sağalanların 102 481 nəfər, ölənlərin isə 16 565 nəfər olduğu məlumdur. Ancaq bu rəqəmlər demək olar ki, hər dəqiqə dəyişir. Beləliklə, hər 100% xəstəliyə 14% ölüm düşür. Daha əvvəl isə bu göstərici cəmi 4% təşkil edib.

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinq çərçivəsində Səhiyyə nazirinin müavini Viktor Qasımov Media.Az-a müsahibə verib.

- Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, koronavirusa yoluxmuş 61 xəstə ölkənin xüsusi xəstəxanalarında müalicə olunur. Onlar hansı yaş qrupuna aiddirlər?

Bu gün Azərbaycanda virusa yoluxanların əksəriyyəti 29-50 yaş arasındadır. Dünya statistikasına görə, uşaqlar koronavirusa böyüklərdən daha az yoluxur. Lakin buna baxmayaraq, Azərbaycanda 18 yaşına çatmamış vətəndaşlar arasında üç nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Qeyd edim ki, onların vəziyyətləri sabitdir, tezliklə evlərinə buraxılacaqlar.

- Onlar Azərbaycan vətəndaşlarıdır, yoxsa aralarında xaricilər də var?

- Əlbəttə ki, onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ölkədəki əcnəbilər arasında xəstəliyə yalnız iki yoluxma faktı qeydə alınıb.

- Yaşlı insanlar virusa daha çox həssasdırlar. Ölkəmizdə xəstəlik əsasən niyə orta yaşlı insanlarda müşahidə edilir?

- Burada bir çox amil rol oynayır. Azərbaycanda ətraflı təhlil aparmaq və müəyyən bir nümunə göstərəcək qədər yoluxma halı aşkarlanmayıb. Çox güman ki, virus daha çox səyahət edən və bu dövrdə xüsusilə, COVID-19-un geniş yayıldığı ölkələrdə olan həmin yaş qrupundakı insanlara təsir edib.

- Ölkəmizdə koronavirusun aşkarlanması üçün neçə nəfər testdən keçirilib?

- Azərbaycanda 10 000 nəfər testdən keçirilib, 72 nəfərdə virus təsdiqlənib. Onlardan 10-u artıq sağalıb, 1-i ölüb, qalanlarının isə müalicəsi davam etdirilir.

- Neçə nəfər hazırda karantindədir?

- Bu say daim dəyişir. Təxminən 1000 nəfərə yaxın.

- Əvvəllər koronavirusun ilk əlamətlərinin yüksək hərarət və quru öskürək olduğu göstərilirdisə, indi burun axması, əzələ ağrısı, yorğunluq da deyilir...

- Əsas əlamətlər qeyd etdiyiniz kimi, hərarət və quru öskürək olaraq qalır. Xəstəlik elə bu simptomlardan başlayır. Bu vəziyyətdə temperatur o qədər də yüksək olmaya bilər. İndi yalnız digər ölkələrin təcrübəsinə güvənə bilərik. Fakt budur ki, ölkəmizdə bütün hallar asimptomatikdir. Buna görə bu xəstəlikdə hansı simptomun əvvəl olduğunu deyə bilmərik. Dünyada bu mövzuda bir çox fikir var, amma təkrar edirəm, xəstəliyin əsas əlamətləri hərarət və öskürəkdir.

- Sizcə, dünya yaya qədər bu pandemiyadan xilas ola biləcəkmi?

- Ümid edək ki, yaya qədər koronavirusun öhdəsindən gələcəyik. Hələlik yenidən vətəndaşları mümkün qədər evdən çıxmamağa çağırıram. Bu, infeksiyaya yoluxma səviyyəsini azaltmaq üçün edilir. Çünki evdə olmaqla sağlam insan xəstələrlə təmasda olmaq imkanından məhrum olacaq. 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR