Slimfit
  1. AZƏRBAYCAN

“Vikipediya”da Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında məqalə redaktə olunub

“Vikipediya”da Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında məqalə redaktə olunub
Sakura

“Vikipediya”da Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında məqalə redaktə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən müntəzəm olaraq “Vikipediya”da Azərbaycanın görkəmli ictimai, siyasi, elm, mədəniyyət xadimləri, ədibləri, Milli qəhrəmanlar haqqında məqalələr yaradılır, əsaslı redaktə olunur və xarici dillərə tərcümə edilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, könüllülər tərəfindən “Vikipediya”da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) haqqında məqalə əsaslı şəkildə redaktə olunub. Məqalədə Təhsil Nazirliyinin tabeliyində olan idarənin yaradılması, tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilir.

Bildirilir ki, ölkə rəhbərinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2006-cı il 31 mart tarixli müvafiq Sərəncamına əsasən Bakı şəhərinin təhsil şöbələri ləğv edilib. Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti 2006-ci il iyulun 28-də qərar qəbul edib. Qərara əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR