Slimfit
  1. TEXNOLOGİYA

“Viber” messencerinin interfeysi yenilənib və təhlükəsizliyi gücləndirilib

“Viber” messencerinin interfeysi yenilənib və təhlükəsizliyi gücləndirilib
Sakura

“Viber” messencerinin interfeysi yenilənib və təhlükəsizliyi gücləndirilib

“Viber 10” messencerinin yeni versiyası yeni interfeys ilə təchiz edilib və təhlükəsizlik sistemi gücləndirilib. Bu haqda mobil proqramın saytında məlumat verilir.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi şəxsi və qrup kontaktları, cəmiyyət və çat-botlar istifadəçilərə əsas dialoq siyahısında əlçatandır, son zənglər və kontaktların siyahısı isə bir vərəqdə toplanılıb.
 
Həmçinin proqramın funksionallığında dəyişikliklər edilib. Məsələn, hələ ki 5 istifadəçi ilə səsli ünsiyyət saxlamaq imkanı əlçatan olub. Tərtibatçılar videorabitə üzrə də eyni imkanın əlçatan olacağını bildiriblər.
 
Bundan başqa şirkətin baş direktoru deyib ki, “Viber” üçün fərdi məlumatların mühafizəsi böyük önəm daşıyır, buna görə bütün mesajlar yeni şifrləmə texnologiyası ilə qorunur. Həmçinin indi messencerdə telefon nömrələri ilə mübadilə etmədən ünsiyyət saxlamaq mümkündür. Bu o deməkdir ki, fırıldaqçılar istifadəçinin nömrəsi haqqında məlumatlara giriş əldə etməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR