Slimfit
  1. AZƏRBAYCAN

VI Bakı Beynəlxalq Humanitar Forumun bəyannaməsi qəbul edilib

VI Bakı Beynəlxalq Humanitar Forumun bəyannaməsi qəbul edilib
Sakura

VI Bakı Beynəlxalq Humanitar Forumun bəyannaməsi qəbul edilib

 VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb.

"Report"un məlumatına görə, sonda forumun bəyannaməsi qəbul edilib.

Bəyannamədə bildirilib ki, forum iştirakçıları kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bununla əlaqədar humanitar böhranları, insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyirlər.

Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğulayıblar.

Bəyannamədə insan inkişafı, gender bərabərliyi prinsipi, həssas vəziyyətdəki insanların hüquqlarının təmin olunması əsas prioritetlər arasında qeyd olunur. Bununla yanaşı, forum iştirakçıları humanitar əməkdaşlığın daha da inkişafı baxımdan media və informasiya texnologiyalarının da böyük əhəmiyyət daşıdığını təsdiqləyiblər. Sənəddə həmçinin başa çatan forumun beynəlxalq humanitar əməkdaşlığın daha da genişlənməsi və inkişafına mühüm töhfə olduğu vurğulanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR