Slimfit
  1. AZƏRBAYCAN

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarda davam etdirir

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarda davam etdirir
Sakura

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarda davam etdirir

 Bu gün işə başlayan VI Bakı Beynəlxalq Humanitar Forumu plenar sessiyalarda işini davam etdirir.

Report” xəbər verir ki, "İnsan kapitalının inkişafı kontekstində təhsil və elm" mövzusunda olan ilk plenar sessiyada iştirakçılar müxtəlif dövrlər üçün ən yaxşı təhsil sistemlərinin hazırlanması nəzərə alınmaqla pedaqogikada müasir dövrün dəyişiklikləri üçün zəruri olan tezləşdirmə məsələlərini, sülh naminə təhsilin mobilizasiyasını, müstəqil və daimi təhsilə müraciət və.s məsələləri müzakirə ediblər.

Sessiya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun moderatorluğu ilə keçirilib.

Sessiyada Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri İnqa Ronda, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov, MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulov, Monteneqronun təhsil naziri Damir Şehovich və başqaları iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR