Slimfit
  1. AZƏRBAYCAN

“Vətənpərvərliklə bağlı müsabiqələrin artırılması faydalı olar”

“Vətənpərvərliklə bağlı müsabiqələrin artırılması faydalı olar”
Sakura

Mübariz Tağıyev: “Bu sahəyə daha çox diqqətin göstərilməsinə ehtiyac var”

Artıq 30 ilə yaxındır ki, Qarabağ və ətraf rayonlarımızın erməni işğalı altında qalması prosesi davam edir.

 Maraqlıdır, bu 30 ildə insanları Qarabağa,onun uğrunda mübarizəyə səsləyən yetərincə mahnı ortaya qoyulubmu?

 Moderator.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev bu sahədə vəziyyətin qənaətbəxş olduğunu vurğualmaqla yanaşı, onu düşündürən məqamları da dilə gətirdi:

 “Mənə elə gəlir ki, bu sahədə mahnılar az deyil. Lakin zənnimcə, müsabiqələrin sayı azalıb. Əvvəllər vətənpərvərliklə bağlı müsabiqələr daha çox keçirilirdi. Axır vaxtlar isə bu bir qədər səngiyib. Ortada başa düşülməyən bir durğunluq var. Ola bilsin ki, bu, yeni mövzuların ortaya çıxması, yeni ab-havanın formalaşması ilə bağlıdır. Siyasi müstəvidə də yeniliklər meydana çıxır. Əslində, vətənprəvərliklə bağlı mahnılar kifayət qədərdir. Lakin bunlar efirlərdə elə də çox səslənmir. Hesab edirəm ki, bu sahəyə daha çox diqqətin göstəriməsinə ehtiyac var. Vətənpərvərliklə bağlı müsabiqələrin artırılması da zənnimcə, faydalı olardı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR