Dərc edildi: Baxış sayı: 932
Vətənə qayıdan ukraynalılara mükafat veriləcək
Bu barədə Ukrayna ombudsmanı Lüdmila Denisova bildirib
Ukrayna Nazirlər Kabineti Rusiyadan azadlığa buraxılan 35 nəfərlə bağlı yeni qərar verib.
“RİA Novosti”nin məlumatına görə, azadlığa çıxanların hər birinə 100 min qriven (4 min dollar) pul mükafatı veriləcək. Bu barədə Ukrayna ombudsmanı Lüdmila Denisova bildirib.
Mükafatın təqdim olunması məsələsi Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə Nazirliyinə tapşırılıb.(qafqazinfo.az)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət