Slimfit
  1. DÜNYA

Vətəndaşlıq verən ölkələr hansılardır? -Şərtlər və ödəmələr...

Vətəndaşlıq verən ölkələr hansılardır? -Şərtlər və ödəmələr...
Sakura

Vətəndaşlıq verən ölkələr hansılardır? -Şərtlər və ödəmələr...

Dünyanın bir çox ölkələri məlum şərtlər qarşılığında vətəndaşlıq və yaşamaq hüququ verir. Onlardan bəzilərini təqdim edirik:

İrlandiya. Yaşıllıqlar içərisində olan İrlandiyada vətəndaşlıq hüququna sahib olmaq üçün ölkədə 400 min avro dəyərində daşınmaz əmlak almaq lazımdır.

Ukrayna. Burada şirkət açaraq və ən azı 100 min dollar investisiya qoyub, yaşamaq hüququ əldə etmək olar.

Almaniya. Avropa Birliyinin iqtisadiyyat sahəsində ən güclü ölkələrdən biri hesab olunan Almaniya dövləti ölkədə iş qurmaq istəyən şəxslərə 250 min avro qarşılığında yaşayış hüququ imkanı verir. Bir neçə ildən sonra isə vətəndaşlıq almaq olur.

İngiltərə. Bu ölkədə ən azı 1 milyon funt-sterlinq investisiya qoyanlar və ya hər hansı bir ortaqlığa imza atanlar yaşamaq və daha sonra vətəndaşlıq hüququna sahib olurlar.

Kanada. İnkişafı ilə diqqətləri cəlb edən Kanadada vətəndaşlıq haqqı əldə etmək üçün 800 min dollar bank hesabı açmaq və ən azı 400 min dollarlıq investisiya qoymaq lazımdır.

Yunanıstan. Yunanıstanda ən azı 250 min liralıq mənzil alanlara 5 il boyunca yaşamaq hüququ verilir. Eyni zamanda 300 min avroluq investisiya yatıranlara ölkədə 3 il işləmək və yaşamaq hüququ verilir.

İspaniya. Aralıq dənizinin sevilən ölkələrindən biri olan İspaniya isə yaşamaq hüququ və Avropa ölkələrində vizasız səyahət etmək üçün ölkədə 160 min avro dəyərində mənzil almağı tələb edir.

ABŞ. Bu ölkənin bəzi ştatlarında ən azı 500 min dollarlıq investisiya qoyan və yaxud 1 milyon dollarlıq biznes işi quranlara ömürlük yaşamaq hüququ verilir. İnvestisiya yatırımları 5 ildən çox keçdikdə həmin şəxslər vətəndaşlıq hüququ da ala bilir.

 
Mənbə: Musavat.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR