Slimfit
  1. SİYASƏT

Vətəndaşların mülkiyyət hüquqları qorunurmu?

Vətəndaşların mülkiyyət hüquqları qorunurmu?
Sakura

Vətəndaşların mülkiyyət hüquqları qorunurmu?

Ötən əsrin 90-cı illərinin sonları, 2000-ci ilin əvvəllərindən ölkədə “neft bumu” ilə paralel olaraq, “tikinti bumu” da yaşanmağa başladı.

Xüsusilə, paytaxt Bakıda köhnə, yöndəmsiz evlərin, mənzillərin sökülərək, onların yerində yeni, müasir yaşayış məhəllərinin salınması, göydələnlərin ucaldılması geniş vüsət aldı.

Qeyd edək ki,  Bakının Füzuli meydanı (keçmiş Basin) ətrafındakı yaşayış evlərinin, “Xutor”, “Sovetski” adlanan məhəllələrdə söküntü işlərinin aparılması əksəriyyət tərəfindən müsbət qarşılanmaqla yanaşı, bəzi insanlarda, cəmiyyətin müəyyən kəsimlərində də narazılıqla qarşılandı.

Daha çox evləri sökülən vətəndaşlardan bəziləri ilə dövlərt qurumları və tikinti işlərini aparan özəl şirkətlər, mənzil-tikinti kombinatları (MTK) arasında pul, kompensasiya məsələlərində qarşı-qarşıya gəlmə halları özünü büruzə verdi. Bu isə təbii olaraq, insanların mülkiyyət hüquqlarının qorunması məsələsini gündəmə gətirdi və gətirməkdədir.

Yəni, bir çoxları, ekspertlər, millət vəkillərindən bəziləri mülkiyyət hüquqlarının qorunması ilə bağlı yeni qanunvericiliyə ehtiyac duyulduğunu vurğuladılar və bu gün də bu məsələdə israr edənlər var.

2000-ci illərin axırlarına yaxın Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələni gündəmə gətirdi.

Belə olan halda, görəsən, mülkiyyət huquqlarının qorunması ilə bağlı, doğrudanmı, yeni qanuna ehtiyac var?

İxtisasca hüquqşünas olan millət vəkili Fazil Mustafa belə düşünmür.

O, Oxu.Az-a açıqlamsında bildirib ki, burada yeni qanuna ehtiyac yoxdur, sadəcə, Konstitusiya normalarının doğru tətbiqinə çalışmaq lazımdır.

“Konstitusiyanın mülkiyyətlə bağlı müddəalarını məhkəmələr açıq-aşkar müdafiə etməkdən imtina edirlərsə, bunun qanunla bağlı tərəfi yoxdur ki? Məhkəmə qərarlarında mülkiyyət toxunulmazlığı prinsipinə artıq nadir hallarda rast gəlinir, əsas problem də buradan qaynaqlanır.

Ona görə Konstitusiya ilə təsbit olunmuş müddəaların işləkliyinə nail olmaq lazımdır, bu, təmin edilməlidir”, - deyə millət vəkili əlavə edib.

Millət vəkili Azər Badamov hesab edir ki, Azərbaycanda vətəndaşların mülküyyət hüququnun qorunması ölkəmizin ana sənədi olan Konstitusiyamızda təsbit olunub.

Onun sözlərinə görə, mülkiyyətlə bağlı ayrıca - 13-cü maddə yazılıb və orada qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur:

“Göründüyü kimi, hər bir vətəndaşın mülkiyyət hüququnu dövlət qoruyur. Bundan əlavə, mülkiyyət hüquqlarını tənzimləmək və nizamlamaq üçün Mülki Məcəllə qəbul olunub və bu Məcəlləyə dövrün tələbinə uyğun olaraq mütəmadi dəyişikliklər olunur.

Dövlət əhəmiyyətli strateji obyektlərin tikintisi ilə əlaqədar layihə altına düşən vətəndaşların əmlaklarının dövlət ehtiyacı üçün alınmasında vətəndaşlarla müəyyən fikir ayrılıqları yaranırdı. Amma bununla da əlaqədar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” yeni qanun qəbul olundu və artıq belə münasibətlər hər iki tərəfi razı salınacaq şəkildə həmin qanunla tənzimlənir.

Demək olar ki, vətəndaşların mülkiyyət hüquqlarına dövlət tam təminat verir. Azərbaycan hüquqi dövlətdir. Əgər hər hansı bir vətəndaşın əmlakı ilə bağlı problemi yaranarsa, təbii ki, mübahisələr məhkəmə yolu ilə həll olunmalıdır və həmin vətəndaş məhkəməyə müraciət etməlidir.

Düşünürəm ki, ölkəmizdə vətəndaşların mülkiyyət hüquqları qanunlarla tam qorunur və burada yeni bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur”.

Kamil HƏMZƏOĞLU

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR