Slimfit
  1. CƏMİYYƏT

Vətəndaşlardan yığılan cərimələr bu fonda yönəldilir - Kamran Əliyev

Vətəndaşlardan yığılan cərimələr bu fonda yönəldilir - Kamran Əliyev
Sakura

Vətəndaşlardan yığılan cərimələr bu fonda yönəldilir - Kamran Əliyev

Xüsusi karantin rejiminin pozulmasına görə cərimələrdən gələn vəsait koronavirusla mübarizə fonduna yönəldilir. Cərimələr qərar əsasında vətəndaşa təqdim edilmiş hesaba ödənilir. Əgər vətəndaş qanun pozuntusuna təkrar yol verərsə, məsələ məhkəmə qərarı ilə həll olunur.

Bunu Teleqraf.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, məhkəmə hakiminin qərarı əsasında vətəndaşın qanun pozuntusunu il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi qəbul edilir: "Bu zaman şəxsə 200 manat məbləğində cərimə də tətbiq edilə bilər. Yaxud bir ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. Cərimənin məbləği 100 manat 200 manatadəkdir".

Kamran Əliyev qeyd edib ki, vətəndaşlar protokolun nömrəsini daxil edib,cərimələri onlayn formada, yaxud ödəniş terminalları vasitəsilə ödəyə bilərlər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR