Dərc edildi: Baxış sayı: 302
Vətəndaşlar tərəfindən xeyli silah-sursat təhvil verilib - Elşad Hacıyev
Artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik", - E.Hacıyev vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət