Slimfit
  1. CƏMİYYƏT

Vətəndaşa yalnız bu halda evdən çıxmağa icazə verilir

Vətəndaşa yalnız bu halda evdən çıxmağa icazə verilir
Sakura

Vətəndaşa yalnız bu halda evdən çıxmağa icazə verilir

Vətəndaş yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün çıxa bilər.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, əgər məişət tullantıları qabı uzaqdadırsa, ora getməyə icazə verilmir:"Həmin şəxs 200-300 metr zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandlr. 2 gün müddət çox deyil. Həmin zibilləri eyvanda qapalı qabda saxlamaq olar”.

Operativ Qərargahın bugünkü brifinqində bildirlib ki, sərt karantin günlərində Bakıdakı binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək.

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayevin sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlayıb.
“Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün üçün nəzərdə tutulub”.

E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin reimi dövründə insalar çörəyi aşırı dərəcədə alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar:

 

“Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi iki günlük deyil, bir həftəlik alıblar”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR