Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vətən müharibəsinin şəhidinin doğum günüdür

Vətən müharibəsinin şəhidinin doğum günüdür
Sakura

Vətən müharibəsinin şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidi Azad Azər oğlu Tapdıqovun doğum günüdür.

Report”un əməkdaşları şəhidin evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

Tapdıqov Azad Azər oğlu Ağcabədi rayonu Yuxarı Avşar kəndində dünyaya gəlib. Evin tək oğul övladı idi. Həqiqi hərbi xidmətdə olduğu zaman qismətinə böyük qələbəyə aparan aprel döyüşlərində iştirak etmək düşüb. Xidmətini başa vurduqdan sonra, bir müddət müxtəlif işlərdə çalışıb. Ötən ilin yayında Tovuz hadisələri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək, ordu sıralarına yazılır. Evə qayıtdıqdan sonra, valideynlərinə bu barədə məlumat verən Azad nə zaman çağırsalar gedəcəyini bildirib.

Vətən müharibəsi zamanı səfərbərlik xidmətindən Azadın atasına zəng gəlir. Bunu eşidən qəhrəmanımız səfərbərlik xidmətinə gəlir. Füzuli və Cəbrayl rayonlarındakı əks-hücum əməliyyatlarında iştirak edib. Həmişə ehtiyat edirdi ki, tək oğul olduğu üçün birdən onun müharibəyə getməsinə kimsə mane ola bilər.

Azad Tapdıqov səfərbərliyə çağrılanda sevinərək gedənlərdən biri olub. Müharibə başlayandan evin tək oğul övladı olduğu üçün yaxınlarına öncədən xəbərdarlıq edib ki, bunu əsas gətirib kimsə onu müharibədən çəkindirməyə çalışmasın.

Səfərbərliyə çağrıldığı günü dostları ilə vida məclisi təşkil edir. Gedərkən də dostlarına vətəni qorumağın hər kəsin boynunun borcu olduğunu deyir. Vətən yolunda xidmət etməyi özünə borc bilən Azad dostlarına da xidmətə getməyi tövsiyyə edir. İlk döyüşünədə Füzuli və Cəbrayl rayonlarındakı əks-hücum əməliyyatları ilə başlayır. O, oktyabrın 9-da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR