Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vətən müharibəsinin 18 yaşlı şəhidi

Vətən müharibəsinin 18 yaşlı şəhidi
Sakura

Vətən müharibəsinin 18 yaşlı şəhidi

Goranboy rayon Erkəc kənd sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ens.az xəbər verirki,Şəhidin atası İsmayıl Heydərov “Report”un Qərb mərkəzinə bildirib ki, oğlu iyul ayının 23-də həqiqi hərbi xidmətə gedib:

“Oğlumu yola salan zaman kiçik qardaşım onu qucaqladı, kövrəlib ağladı. Qismət ona dedi ki, əmi ağlama torpaqlarımızı işğaldan azad etməyə gedirəm. Oğlum könüllü olaraq döyüşə gedib. Oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əmisi indidə o anı xatırlayıb deyir ki, onun dediyi oldu, torpaqlarımız işğaldan azad edildi. Yenə Allaha şükür ki, oğlumun qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi. Mən oğlumla, bütün şəhidlərimizlə fəxr edirəm. Allah hamsına rəhmət eləsin, qazilərimizə də can sağlığı versin”.

Şəhidin anası Gülandam Heydərova isə oğlunun hərbi xidmətə getməsini belə xatırlayır:

“Oğluma hərbi komissarlıqdan çağırış kağızı gəlmişdi və yanıma gəlib - “Ana mən şəhid olsam nə edərsən?” dedi. Ona dedim ki, Qismət nə isə ürəyinə damıbsa, onda qoymaram gedəsən. Amma o, öz istəyi ilə müharibəyə getdi və şəhid oldu.

Şəhidlik hər insana qismət olmur, amma mən onu bir dəfədə olsa hərbi formada görə bilmədim, kaş ki görə bilsəydim. O, mənim körpə şəhidimdir. Qismət balam mənim qismətim olmadı”.

Şəhid Qismət Heydərov Goranboy rayon Yolqullar kəndində dəfin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR