Slimfit
  1. MEDİA

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir. 25.08.2023-cü il tarixində şəhidin doğum günü qeyd edildi.

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir. 25.08.2023-cü il tarixində şəhidin doğum günü qeyd edildi.
Sakura

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir. 25.08.2023-cü il tarixində şəhidin doğum günü qeyd edildi.

44 gün  davam edən Vətən Müharibəsi  nəticəsində  Azərbaycan  öz dədə-baba  torpaqlarını  mənfur  düşməndən   xilas etdi . Torpaqlarımızın  işğaldan  azad edilməsində   Azərbaycanın vətənpərvər oğulları canlarından   keçiblər. 

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir. 25.08.2023-cü il tarixində şəhidin doğum günü qeyd edildi.İ

smayılzadə Səməndər Vahid oğlu  25.08.1990-cı ildə Yevlax şəhərində anadan olub. 1996-2007-сi illərdə  Yevlax şəhəri Səməd Vurğun adına 5 saylı orta məktəbdə təhsil almışdır. Sonradan  diş texniki, mühafizəçi,  anbardar vəzifələrində işləyib.

Hərbçi ailəsində doğulduğu üçün hərbi xidmətə həvəs etmiş,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82 A komandiri kursunu  bitirmişdir.O, Vətən  müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.09.10.2020-ci ildə Füzuli rayon Alxanlı kəndinin azad  olunması uğrunda gedən döyüşlərdə həlak olub.Azərbaycan Prezidenti İlham  Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Şəhidin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,İcra Hakimiyyətinin vəzifəli şəxsləri,digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı  ziyarət olunmuş və məzarı üzərinə gül dəstələri qoyulmuşdur. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı  şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirmişdir.Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırmışdır.Daha sonra şəhidin doğum günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edilmişdir. Bundan əlavə şəhid adına əbədiləşdirilmiş küçədə şəhidin adına küçə adı lövhələri və  barolyef  lövhəsi quraşdırılmışdır. 

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR