Slimfit
  1. MEDİA

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar
Sakura

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olublar

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Sumqayıt şəhərindən olan şəhidlərin ailə üzvlərinin bir qismi iştirak ediblər.

Fondla tanışlıq zamanı buradakı guşələrə və ədəbiyyatlara baxış keçirilib, Azərbaycan xalqına şanlı Zəfəri bəxş edən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir daha yad olunub.

MEK-in baş direktoru professor Məmməd Əliyev görüş zamanı çıxış edərək torpaq uğrunda canından keçən hər bir Vətən oğlunun yeni nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. “Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq. MEK-də fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazan hərbçilərimiz, şəhidlərimiz, qazilərimiz haqqında zəngin məlumat bazası toplanır”, - deyə baş direktor vurğulayıb. Cəmiyyət arasında vətənpərvərlik hisslərinin aşılanması və qəhrəman şəhid oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun əhəmiyyətini bir daha nəzərə çatdıran baş direktor, həmçinin fonda rəhbərliyin tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə edildiyini bir daha vurğulayıb.

“Bu gün qalib ölkənin vətəndaşı olaraq 44 günlük Vətən müharibəsi zamanı igidlik, şücaət göstərərək öz qanları bahasına Qələbə sevincini bizlərə yaşadan əsgər və zabitlərimizin anaları qarşısında baş əyirik” – bu fikirləri MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva görüşdə çıxışı zamanı səsləndirib. 

Fondun ən ali məqsədinin şəhidləri tanıtmaq, yaşatmaq olduğunu qeyd edən MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri Röksanə Səfərzadə, burada mütəmadi şəkildə şəhid ailələri ilə görüşlərin keçirildiyini vurğulayıb. Fondun rəhbəri, həmçinin burada toplanan hər bir ədəbiyyatda qəhrəman oğullarımızın hekayəsinin əks olunduğunu böyük qürurla nəzərə çatdırıb.

İgid oğullarımızın fədakarlığını öz dəsti xətti ilə qələmə alan şairə Esmira Günəş çıxışında şəhidlərin unudulmamasında, xatirələrinin daima əziz və uca tutulmasında bu cür görüşlərin rolunun əvəzolunmazlığını vurğulayıb. MEK-ə vətənpərvərlik mövzusunda yazdığı kitablarını təqdim edən şairə qeyd edib ki, şəhidlər məhz burada toplanan kitabların, məlumatların sayəsində yaşayacaq, unudulmayacaq.

Görüş zamanı öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR