Slimfit
  1. MEDİA

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun adı Qardağ rayon İcra Hakimiyyəti tərəfindən əbədiləşdirildi.

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun adı Qardağ rayon İcra Hakimiyyəti tərəfindən əbədiləşdirildi.
Sakura

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun adı Qardağ rayon İcra Hakimiyyəti tərəfindən əbədiləşdirildi.

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun adı Qardağ rayon İcra Hakimiyyəti tərəfindən əbədiləşdirildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Respublikasının Prezidenti,cənab Ali Baş Komandan İlham Əliyevin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı  adı verildi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  “Dəmir Yumruğ” hərbi əməliyyatlarını başlamasından sonra  Murovdağ  silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən  müharibəsi  zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri kimi baş vermişdir. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun  hərbi qulluqçuları düşmənə  böyük  zərbə vuraraq qəhrəmancasına şəhid olmuşdur.

Qaradağ rayonu üzrə Vətən Müharibəsində 2454 hərbi qulluqçu iştirak etmişdir. 41 hərbi qulluqçu şəhid olmuş, 61 hərbi qulluqçu qazi statusu almışdır.Şəhid ailələri və qazilərə dövlət tərəfindən bütün yardımlar həyata keçirilmiş,onları narahat edən bütün məsələlər öz həllini tapmaqda davam edir.

Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimiz müxtəlif orden və medallarla təltif olunmuşdur. Şəhid adlarının əbədiləşdirilməsi haqqında qanuna əsasən ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi həyata keçirilir. Qaradağ rayonu şəhidlərindən 5 şəhid ordenlə təltif olunmuşdur. Onlardan 3 şəhidin adının məktəblərə, 2 şəhidin adının küçələrə verilməsi üçün vəsatət qaldırılmışdır.

Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur.Kapitan Abdullayev Rəşad  Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olmuşdur.2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bugün Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirildi. Küçə əsaslı təmir edilmiş və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılmışdır. Küçənin açlışı zamanı tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin Deputatları, rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Hüququ Mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət  nümayəndələri, şəhidin ailəsi və övladları, şəhidin döyüş yoldaşları iştirak etmişdir. Küçənin açlışından sonra tədbir iştirakçıları şəhidlər xiyabanını ziyarət etmiş əklil qoyulmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR