Slimfit
  1. CƏMİYYƏT

Vətən həsrəti sona çatdı - Zabux sakini

Vətən həsrəti sona çatdı - Zabux sakini
Sakura

Vətən həsrəti sona çatdı - Zabux sakini

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma kəndimizə geri dönürük.

“Ens.Az” bildirir ki,bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Tahir Hüseynov deyib.

O qeyd edib ki, doğma yurddan ayrı yaşamaq çox çətin idi.

“31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

 Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq vətən həsrəti sona çatdı, öz kəndimizdə gözəl günlər keçirəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 25-də Laçının Zabux kəndinə ilk mərhələdə 20 ailənin (88 nəfər) köçü həyata keçirilir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR