Slimfit
  1. DÜNYA

“Versace” moda evi 2 milyard dollara satıla bilər

“Versace” moda evi 2 milyard dollara satıla bilər
Sakura

“Versace” moda evi 2 milyard dollara satıla bilər

“Versace” moda evinin yeni sahibi ola bilər. Kompaniya yaxın saatlarda satıla bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, burada söhbət məbləği 2 milyard dollar olan sövdələşmədən gedir. Potensial alıcıların arasında bir il öncə Britaniyanın “Jimmy Choo” ayaqqabı istehsalçısını 896 milyon funt sterlinqə (1,2 milyard dollar) satın alan “Michael Kors” kompaniyası var. Bununla yanaşı, moda evinə “Tiffany” firması da sahib ola bilər.

İndiyədək İtaliyanın “Valentino”, “Bulgari”, “Ferre”, “Fendi” və “Gucci” kimi bir çox markası xarici şirkətlər tərəfindən alınıb.

Qeyd edək ki, 1978-ci ildə “Versace” moda evinin əsasını qoyan italiyalı modelyer və dizayner Canni Versaçe 1997-ci ildə evinin qarşısında öldürülüb. Sonradan onun işini kiçik bacısı Donatella Versaçe davam etdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR