Slimfit
  1. İQTİSADİYYAT

Verginin sıfır dərəcə ilə tutulması

Verginin sıfır dərəcə ilə tutulması
Sakura

Verginin sıfır dərəcə ilə tutulması

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılan məbləği nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını və POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyəni genişləndirmək kimi iki əsas məqsədi var. Birinci məqsədin mahiyyəti ondan ibarətdir ki, fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını stimullaşdırmaq, ƏDV ödəyicilərinin gəlirlərinin (mənfəətlərinin) artdığını göstərməklə pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərində ƏDV ödəyicisi olmaq üçün maraq yaratmaqdır.

İkinci məqsəd POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsi nəticəsində vergidən yayınmanın məhdudlaşdırılması və büdcəyə vergi daxilolmalarının artmasından ibarətdir. Bu maddəyə əsasən, güzəştin tətbiq edilməsi üçün ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

165.5-ci maddədə nəzərdə tutulan güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə daha çox gəlir (mənfəət) əldə etmək imkanı qazandırır, fiziki şəxs olan istehlakçılara isə aldıqları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur.

Misal: 
Fiziki şəxs Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ticarət mağazasından 11.800 manatlıq ƏDV-li (9.440 manat nağdsız dövriyyə, 2.360 manat nağd dövriyyə) mallar almışdır. Bu halda, fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin fiziki şəxsə qaytarılan məbləğini hesablamaq üçün əvvəlcə nağdsız qaydada ödənilmiş ƏDV bu cür hesablanacaq:

9.440 manat (nağdsız dövriyyə) x 18/118 = 1.440 manat (nağdsız dövriyyə üzrə ƏDV).

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyədən hesablanan ƏDV-yə 15 faizlik güzəşt faizini tətbiq edirik: 1.440 manat (nağdsız dövriyyədən hesablanan ƏDV) x 15% =216 manat (fizikə şəxsə nağdsız dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği).

İndi isə nağd qaydada ödənilmiş ƏDV-ni hesablayaq:

2.360 manat (nağd dövriyyə) x 18/118 = 360 manat (nağd dövriyyə üzrə ƏDV). Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağd dövriyyədən hesablanan ƏDV-yə 10 faizlik güzəşt faizini tətbiq edirik: 360 manat (nağd dövriyyədən hesablanan ƏDV) x 10% = 36 manat (fiziki şəxsə nağd dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği). Deməli, fiziki şəxs olan istehlakçıya qaytarılacaq cəmi ƏDV məbləği 216 + 36 = 252 manat təşkil edəcəkdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Mənbə: Vergilər.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR