Slimfit
  1. AZƏRBAYCAN

Vergilər Nazirliyinin çapı dayandı - Yenilənmiş sayt olacaq

Vergilər Nazirliyinin çapı dayandı - Yenilənmiş sayt olacaq
Sakura

Vergilər Nazirliyinin çapı dayandı - Yenilənmiş sayt olacaq

Azərbaycan Vergilər Nazirliyinin “Vergilər” qəzetinin saytı yenilənərək fərqli, daha müasir dizaynda və yeni keyfiyyətdə təqdim olunub.

FED.az xəbər verir ki, www.vergiler.az ünvanında yerləşən saytın məqsədi əhalinin, sahibkarların vergilər sahəsində aparılan islahatlar, qəbul olunan qərarlar barədə operativ məlumatlandırılmasıdır.

Sadə və anlaşıqlı interfeysə malik olan “Vergilər” saytında nazirliyin elanları, ölkədə keçirilmiş hərraclar barədə məlumatlar, dövrlər üzrə müxtəlif hesabatlar dərc olunur.

Bununla yanaşı, saytın “Xəbərlər” bölməsinə daxil olan istifadəçilər təkcə ölkədə deyil, ümumilikdə dünyada vergi siyasəti sahəsində aparılan son islahatlar barədə ətraflı məlumat ala bilərlər.

“Vergilər” saytının “Məqalələr” bölməsində isə təkcə nazirliyin mütəxəssisləri deyil, həmçinin, müxtəlif müstəqil ekspertlərin vergi sahəsində aparılan islahatlarla bağlı fikirləri ilə tanış olmaq mümkündür.

Əhalinin məlumata çıxışının daha da asanlaşdırılması üçün Vergilər Nazirliyinin fəaliyyəti haqqında video və fotomateriallar, nazirlik nümayəndələrinin yerli telekanallara müsahibələri, açıqlamalarını əks etdirən məlumatlar da “Vergilər” saytında yerləşdirilir.

Bununla da Vergilər Nazirliyinin qəzetinin kağız formatında çapı dayandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR