Dərc edildi: Baxış sayı: 484
Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov Xəzər Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Robert Sekuta ilə görüşüb.
Bu barədə “Report”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət