Slimfit
  1. AZƏRBAYCAN

Vergilər naziri iki rayonda vətəndaş qəbulu keçirəcək

Vergilər naziri iki rayonda vətəndaş qəbulu keçirəcək
Sakura

Vergilər naziri iki rayonda vətəndaş qəbulu keçirəcək

Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Beyləqanda bu regiondan olan vətəndaşları qəbul edəcək. 

Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayon sakinləri iştirak edə bilər.

Qəbul Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar bu gün və sabah adı çəkilən idarəyə, eləcə də İmişli rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Oktyabrın 16-da isə nazir Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonundakı 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR