Slimfit
  1. İDMAN

Vergi xidməti əməkdaşları arasında mini futbol yarışına yekun vurulub

Vergi xidməti əməkdaşları arasında mini futbol yarışına yekun vurulub
Sakura

Vergi xidməti əməkdaşları arasında mini futbol yarışına yekun vurulub

Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələri arasında mini futbol yarışlarına yekun vurulub.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2 saylı Ərazi Vergilər Departamentinin futbol komandası yarışların qalibi olub. Vergilər Nazirliyinin Aparatının komandası 2-ci, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin komandası isə 3-cü yeri tutublar.

Oktyabr ayının 27-də başlanan və nazirliyin struktur bölmələrinin iştirak etdiyi yarışlar 5 həftə davam edib. Yarışlarda Bakı və region vergi orqanlarını təmsil edən 8 komanda iştirak edib.

Qalibləri təbrik edən vergilər nazirinin müavini Sahib Ələkbərov mini futbol yarışlarının vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıdığını bildirib. Kollektiv oyunların işçi heyətinin motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını qeyd edən nazir müavini yarışda iştirak edən bütün komandaları təbrik edib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR