Slimfit
  1. CƏMİYYƏT

Vergi orqanlarında xüsusi rütbələr veriləcək

Vergi orqanlarında xüsusi rütbələr veriləcək
Sakura

Vergi orqanlarında xüsusi rütbələr veriləcək

“Vergi orqanlarında ilk dəfə rəhbər vəzifəli şəxs kimi xidmətə qəbul olunan şəxslərə münasibətdə xüsusi rütbənin verilməsinin rejimi də müəyyən edilib. Burada da hər hansı sui-istifadəyə yol verilməməsi və yaxud bu səlahiyyətin qeyri-məhdud həcmdə müəyyən edilməməsi üçün müəyyən məhdudiyyətlər, konkret şərtlər var”.

Ens.az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, rəhbər vəzifəli şəxslər dedikdə bölmə və ondan yuxarı rəis heyəti nəzərdə tutulur.

“Hətta baş rəis heyətinə təyin olunan şəxslərə münasibətdə xüsusi rütbə ilk dəfə veriləcəksə, həmin baş rəis heyəti üçün verilə biləcək ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olunarkən veriləcək. Bu isə xüsusi rütbələrin verilməsi ilə bağlı fərqli yanaşmaların qarşısının alınmasına, həm də konkret tənzimləmələrin qanunda müəyyən olunmaqla şəffaflığın təmin edilməsinə xidmət edəcək”, - deyə o, əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR