Slimfit
  1. İQTİSADİYYAT

Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA

Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA
Sakura
:0

Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA

Müvəqqəti vergi rejimində fəaliyyət göstərən, pandemiyadan zərər çəkən fəaliyyət sahələrindəki vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəşt və azad olmaları tətbiq edilir.

Ens.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən vergi ödəyiciləri ilin sonunə qədər əmlak və torpaq vergilərindən və əldə etdikləri gəlirin 75 faizi vergidən tam azad olunur.

"Pandemiyadan zərər çəkən sahələrdə çalışan şəxslər əgər fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürüblərsə, bu zaman icarə haqqına görə ödənən icarə haqqı dərəcəsi 14 faizdən 7 faizə endirilir. Bir il ərzində bu güzəştlər qeyd olunan vergi ödəyicilərinə tətbiq olunacaq".

Ə.Quliyev bildirib ki, bunlarla yanaşı daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə, onlar bilirsiz ki, sabit şəkildə vergi ödəyir. Onlar üçün verginin bazasını təşkil edən məbləğ də 50 faiz həcmində azaldırlır.

"Pandemiyadan zərər çəkməsindən asılı olmayaraq sadələşdirilmiş vergi dərəcəsi 2 faizdn 1 faizə endirilir".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR