Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Vərəmin 6 əlaməti – Diqqət!

Vərəmin 6 əlaməti – Diqqət!
Sakura

Vərəmin 6 əlaməti – Diqqət!

Vərəm hər il yüz minlərlə insanın ölümünə səbəb olur. Hər saniyədə yer üzündə bir insanda bu infeksiya diaqnoz olunur. Azərbaycan da vərəmə yoluxma üzrə aktiv zonalardandır. 


Vərəmin simptomları bəzən gizli getsə də, bir neçə əlaməti var ki, elə onlara əsasən dərhal həkimə müraciət etmək olar.
Əgər insan dözümlü, güclü immunitetə sahibdirsə, Kox bakteriya çöplərinin aktivliyini örtüb, xəstəliyi gizli formaya keçirəcək. 

Medicina.az təkcə adı ilə insanların kabusuna çevrilən vərəmin 6 əlamətini təqdim edir.

1.Ən əsas əlamət Öskürəkdir.

Ağciyərlərdə hər hansı infeksiya mütləqöskürəklə biruzə verir.İlk başda öskürək uzun, üzücü, çox olmur, demək olar, narahat etmir. Əgər qrip deyilsizsə, bronxit yoxdursa, allergiya öskürəyi deyilsə və öskürək 3 həftədən artıq davam edib, tərləmə, təngnəfəslik verirsə, o zaman həkimə gedib vərəmi istisna edin.

2.Döş qəfəsində ağırlıq, ağrı

Bakteriyalar bütün tənəffüs sistemini zədələyir, tənəffüs çətinləşir, dərin olmur, burun axır, tutulur, ağciyərlərdə xırıltı, xışıltı, küy eşidilir, bəzən qanla qarışıq bəlğəm çıxır. Döş qəfəsi həm öndən, həm arxadan ağrı o deməkdir ki, vərəm plevriti yaranıb. 

3.Subfebril hərarət

Qolaltı ölçmədə termometrdə göstərici 37,5göstərirsə və bu uzun müddət davam edirsə, başağrısı, halsızlıq da buna qoşulubsa, o zaman həkimə getməlisiz

4.Arıqlama, çəki itkisi, iştahsızlıq

Bakteriyalarla mübarizə üçün səfərbər olan immunitet həzmə sərf olunacaq enerjiyə qənaət etmək üçün avtomatik iştah düyməsini söndürür. Əgər görsəniz ki, ən dadlı, sevdiyiniz yeməyə belə əl uzada bilmirsiz, gün ərzində acımırsız, ağız dadınız itib, çəkiniz getdikcə azalır, o zaman ciyərlərinizi yoxladın

5.Titrətmə və tərləmə

Əgər insana gah isti, gah soyuqdursa, bəzən istilis gəlirsə, gecələr yuxuda tərləyirsə, bu vərəmin açıq əlamətidir. 

6.Halsızlıq, huşsuzluq, depressiya

Orqanizm bakteriya ilə mübarizə apardığı üçün insanın digər resurslarına vaxt və enerji ayırmır, sanki onu təcrid edir. Səbəbsiz depressiya, səhərlər yerindən qalxmamaq, gücsüzlük, yorğunluq, huşsuzluq bunlar hamısı digər xəstəliklərdə görüldüyü kimi, vərəmin də olduğuna işarə edə bilər. Bir şərtlə ki, yuxarıda sadalanan əlamətlərdən azı 2-si paralel olsun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR