Slimfit
  1. PSİXOLOGİYA

Vərdişin formalaşması üçün nə qədər zaman tələb olunur?

Vərdişin formalaşması üçün nə qədər zaman tələb olunur?
Sakura

Vərdişin formalaşması üçün nə qədər zaman tələb olunur?

Google-da axtarış etsək vərdişin formalaşması üçün 21 gün lazım olduğu barədə nəticələr tapa bilərik. Bu 18, 28 və 31 gün də ola bilir. Rəqəmlər dəyişikdir, çünki dəqiq cavab yoxdur. Bir çox mütəxəssislər hesab edir ki, siz müəyyən sayda gündə gündəlik modeli təkrar edirsinizsə, o vərdişə çevrilir. Lakin bildiyiniz kimi bəzi vərdişlər ani formalaşsa da, bəziləri üçün çox müddət lazım olur.

Bu prosesin müddəti köhnə gündəlik modelin davamlılığından asılıdır. Sağlam qidalanmaya uyğunlaşmaq 10 il ərzində hər gün dondurma yeyənlər üçün onu həftədə bir dəfə yeyəndən daha çox vaxt tələb edəcək. Dəqiq müddətdə fokuslanmaqdansa bu prosesi sürətləndirəcək strategiyanı istifadə edin.

Qarşınızda kiçik, lakin dəqiq məqsədlər qoyun

Əgər siz vərdişin inkişafı üzərində işləyirsinizsə, sizin böyük miqyaslı məqsədləriniz var: məs, evi daim səliqəli saxlamaq və ya hər gün idman zalına getmək. Onlar sizin uzun müddətli motivasiyanız üçün lazımdır, lakin onlar yeni vərdişlərə öyrəşməyə kömək etməyəcək. Niyə? Qarşınızda “daha mütəşəkkil olmaq” kimi abstrakt məqsəd qoyun. O çox qeyri-müəyyəndir, buna görə də siz şəxsi inkişafınızı izləyə bilməyəcəksiniz. Hətta əgər bir günə şkafdakı bütün əşyaları səliqəyə salsanız belə, siz çirkli mətbəxə baxdıqda üzüləcəksiniz. Vərdiş – təkrarlanan hərəkətdir, buna görə də kiçik gündəlik məqsəd müəyyənləşdirin. Məs: “daha mütəşəkkil” olmaq əvəzində “hər bazar günü paltarları yumaq və evi təmizləməyi” sınayın. Bu məqsəd işləyir, çünki o dəqiqdir. Bu adət halını alana qədər, yəni avtomatik olana qədər daim təkrarlaya biləcəyiniz gündəlik modeldir.

İnkişafınızı asanlaşdırın

Güman edək ki, siz sağlam qida rasionuna keçmək istəyirsiniz. Sizin dəyişikliklərə motivasiyanız var və siz sağlam yeməyi xoşlayırsınız, bu halda niyə bu vərdişi formalaşdırmayaq? Sizi dayandıra biləcək psixoloji maneələr barədə düşünün. Ola bilsin ki, siz işdən sonra yemək hazırlamaq üçün çox yorulubsunuz, buna görə də nəticədə pizza sifariş verəcəksiniz. Maneəni keçmək üçün üsulları nəzərdən keçirin. Siz hər həftənin bazar gününü növbəti 5 günə yemək hazırlamağa həsr edə bilərsiniz. Başqa sözlə desək, özünüzü məyus etməmək üçün belə maneələri dəf etmək və vərdişlərin formalaşması prosesini asanlaşdırmaq üçün üsullar fikirləşin.

Sizə nəzarət edəcək insan tapın

Belə “idarə edən” motivasiyanı gücləndirir. Bəzən biz özümüzün daxili ümidlərimizi doğrultmaya bilərik, lakin biz başqalarının ümidlərini doğrultmaya bilmərik. Prosesə daha bir insanı cəlb edərək psixologiyanı öz maraqlarınız üçün istifadə edin. O sizi gümrahlandıra bilər və öz üzərinizdə olan iş barədə hesabat tələb edə bilər. Əgər siz idman zalını daim ziyarət etmək vərdişinə yiyələnmək istəyirsinizsə, bunu istəyən dost tapın və ümumi məşq cədvəli tərtib edin. Divanda uzanıb tənbəllik etmək istəyəndə dostunuzu yada salın.

Xarici və daxili bildirişlərdən istifadə edin

Qeyd stikerləri ilə təcrübə keçirin, siyahılar tərtib edin, telefonda gündəlik siqnallar ayarlayın və ya xarici bildirişlərin yaradılması üçün başqa alətlərdən istifadə edin. Yadda saxlayın ki, yeni gündəlik modelin formalaşması prosesi köhnədən imtina deməkdir. Lazımi davranış barədə bildirişin yaradılmasına əlavə olaraq özünüzə çirkli paltarı yerə atmamağı xatırlatmaq tələb oluna bilər. Həmçinin daxili bildirişlər vacibdir. Əgər sizdə “mən idman zalına getməkdən nifrət edirəm” fikri yaranarsa, onun əksi olan “lakin mən məşqdən sonra bədənimdəki hisslərimi sevirəm” fikri ilə qarşılaşdırın.

Özünüzə kifayət qədər vaxt verin

Yadda saxlayın ki, vərdişin formalaşması – birbaşa və hamar yol deyil. Əgər siz bir günü belə buraxsanız, həyəcanlanmayın və əzab çəkməyin. Xırda bir səhv sizin etdikləriniz bütün əziyyətləri heç etməyəcək. Yeni vərdişlərin formalaşması vaxt tələb edə bilər, lakin düzgün strateji yanaşma ilə siz onun öhdəsindən layiqincə gələcəksiniz.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR