Slimfit
  1. DÜNYA

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...
Sakura

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...

Qeydə alınmış ilk türk tapmacaları Venesiyada saxlanılan əlyazmalardır. Bu didilmiş dəftərin ən köhnəlmiş iki səhifəsində 47 ədəd tapmaca yazılıb.

Axar.az xəbər verir ki, bu barədə görkəmli türkoloq alim, bir çox kitab və tarixi məqalənin müəllifi, Qazaxıstan Elmi-Tədqiqat Mədəniyyət İnstitutunun və Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin Elmi komitəsinin Dilçilik İnstitutunun baş elmi işçisi Aleksandr Nikolayeviç Qarkavets danışıb.

Onun sözlərinə görə, qədim əlyazmanın müəllifi qıpçaqlar arasında dinin təbliği və nəsihətlərin, müqəddəs yazıların, himnlərin qıpçaq dilinə tərcüməsi ilə məşğul olub.

“Onun adı Antoniodur, özü isə Finale şəhərindən olub. Antonio de Finale adına qıpçaq dilinin yazılı abidəsi olan “Codex Cumanicus” əlyazmasında da rast gəlinir. Sonrada bu əlyazma Venesiyada İtaliyanın intibah dövrünün məşhur şairi Françesko Petrarkinin əlinə keçir. Hazırda əlyazma Markiana Milli Kitabxanasında saxlanılır”, – deyə alim bildirib.

O, bu əlyazmada 47 tapmacanın olduğunu qeyd edib:

“Mən tapmacaların düzgün tərcümə edildiyini və cavablarının doğru tapıldığını düşünürdüm. Ancaq bir tapmaca ilə bağlı yanılmışdım. Bu tapmaca belə yazılıb: “Butu-butu uzun, butumdan arïq ol, uzun”. Mən bunu “Onun budu mənim budumdan daha arıq və uzundur” kimi tərcümə etdim. Ancaq bu yanlış idi. Yanlışlıq müəllifin “arïq” sözünü yazdıqdan sonra qələmi mürəkkəbə batıraraq “ol” sözünü yazması səbəbindən baş verdi. Biz bu sözlərin ayrı-ayrı kəlmələr olduğunu düşündük, onlar arasında ara məsafəsi yox idi. Həmçinin, növbəti tapmacanın mancanaq haqda olduğuna diqqət yetirmirdik. Mancanaq həm quyu üzərində qaldırıcı vasitə, həm də tikintidə istifadə olunan krandır. Onun çox hündür bir “ayağı” və uzun “qolu” vardır. Sonradan mən sözü düzgün ayırmadığımı və tapmacanın cavabının mancanaq haqqındakı növbəti tapmacada olduğunu anladım. Yeni nəşrdə bu tapmacanın düzgün oxunuş qaydasını çap etməyə müvəffəq oldum və buna görə çox xoşbəxtəm: “Butu – butu uzun, butundan arï – qol uzun” (Onun budu uzun, qolu budundan uzun”), - deyə Qarkavets nəql edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR