Slimfit
  1. KOSMOS

Venerada həyat axtaracaqlar

Venerada həyat axtaracaqlar
Sakura

Venerada həyat axtaracaqlar

NASA həyat axtarışı üçün 2021-ci ilin aprelinə qədər Veneraya bir və ya iki elmi missiya göndərilməsi məsələsinə baxır.

Ens.Az oxu.az-a istinadən bildirir ki, bundan əvvəl Veneranın atmosferində həm sənaye, həm də bioloji mənşəli ola bilən rəngsiz zəhərli qaz - fosfinin kəşf edildiyi barədə məlumatlar yayılmışdı.

Missiyanın biri olan DAVINCI+ Veneranın atmosfer səthinə 63 dəqiqəlik enmə zamanı kimyəvi tərkibini araşdıracaq bir cihazdan ibarətdir. Planetoloq alimlər ümid edirlər ki, bu zond atmosferin səth süxurları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirməyə kömək edəcək və hazırda Venerada vulkanların olub-olmadığı sualına cavab verəcək.

İkinci Venera missiyası VERITAS 1990-cı illərin əvvəllərində Veneranı tədqiq edən Magellan zondunun varisi olacaq. O, daha güclü radarlardan və elmi cihazlardan istifadə edərək oxşar xəritələşdirmə işləri aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR