Dərc edildi: Baxış sayı: 453
Velotrekdə dezinfeksiya tədbirlərinə başlanıldı
Koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.
Oxu.Az xəbər verir ki, bundan başqa martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun I mərhələsi də təxirə salınıb.
Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət