Dərc edildi: Baxış sayı: 447
Vəliyevadan məktəbli formaları ilə bağlı açıqlama
Bakıda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub.
Ens.az Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır:
"Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət