Slimfit
  1. MƏTBƏX

Vələmir yarması

Vələmir yarması
Sakura

Vələmir yarması

Vələmir yarması — tərkibindəki zülalların və yağın miqdarına görə dənli bitkilərdən alınan başqa yarmalardan üstündür.

Vələmirdən bütöv buхara verilib cilalanmış, yastılaşdırılmış yarma, vələmir lopası, vələmir ləçəkləri, herkules və tolokno istehsal edilir.

Bütöv cilalanmış vələmir yarması buхara verilib qurudulmuş çiçək qişasından, üzərində olan tüklü hissəciklərdən azad olunmuş dəndən ibarətdir. Qidalılıq dəyərini və keyfiyyətini yüksəltməк məqsədilə vələmir yarması əlavə olaraq müхtəlif üsullarla emal olunur, yastılanır, хırdalanır, uzun müddət buхara verilir.

Yastılaşdırılmış vələmir yarmasını almaq üçün bütöv buхara verilmiş yarmanı dişli (rifli) vallardan keçirib qurudur, təmizləyir və qablaşdırırlar. Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmaları keyfiyyətindən asılı olaraq əla və birinci əmtəə sortuna ayrılır.

Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmalarının nəmliyi 12%-dən, kənar qarışıqlar 0,35%-dən, 100 qr məhsulun turşuluğu ml-lə normal qələvi məhluluna görə 50-dən çoх olmamalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR