Slimfit
  1. CƏMİYYƏT

Vəkillər Kollegiyasının sədri: Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb

Vəkillər Kollegiyasının sədri: Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb
Sakura

Vəkillər Kollegiyasının sədri: Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb

Vəkillər Kollegiyasının işlərinə ən böyük töhfəni Prezident İlham Əliyev verib.

Trend-in məlumatına görə, bunu "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" adlı konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox işlər görüb: “Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı".

A.Bağırovun sözlərinə görə, bu, vəkilliyə olan bir avansdır:

"Artıq Sumqayıt Regional Vəkil bürosu artıq fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf etməyib. Şirvanda, Şəkidə də büroların binalarının təmiri aparılır".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR