Slimfit
  1. AZƏRBAYCAN

Vəkil: Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır

Vəkil: Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır
Sakura

Vəkil: Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır

 

Bu gün Azərbaycanda boşanmaların statistikasına baxanda acınacaqlı halın şahidi oluruq. Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır.

Bunu Oxu.Az-a açıqlamasında vəkil Anar Qasımlı bildirib.

Onun sözlərinə görə, məhkəmələr boşanmaların qarşısının alınması üçün ən yaxşı halda bir addım atır ki, bu da tərəflərə üç ay müddətinə barışıq verilməsidir.

Vəkil boşanmaqla bağlı məhkəmədən öncəki prosesə də diqqət çəkib.

"Hesab edirəm ki, mediasiya prosesində boşanmanın qarşısını müəyyən qədər almaq mümkündür. Çünki boşanmaların səbəblərinə diqqət yetirsək, görərik ki, insanlar xırda məsələlərə görə ailələrini dağıtmağa hazırdırlar. Ona görə də mediasiya prosesi işə düşdükdən sonra boşanmaların qarşısını müəyyən qədər almaq olar", - deyə A.Qasımlı bildirib.

Vəkil əlavə edib ki, mediatorlar boşanmaların azalması üçün insanlara zəruri dəstək verməlidirlər.

"Mediasiya haqqında" qanun çox gərəklidir. Sadəcə, onu düzgün tətbiq etmək lazımdır".

Xatırladaq ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Oxu.Az-a açıqlamasında Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib. O deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.

Deputatın sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:

"Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər", - deyə A.Naxçıvanlı bildirib.

Qeyd edək ki, 2019-cu ilin aprelin 3-də Prezident İlham Əliyev "Mediasiya haqqında" qanunun tətbiqinə dair Fərman imzalayıb.

Beş fəsil və 39 maddədən ibarət "Mediasiya haqqında" qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir.

Bununla yanaşı, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR