Dərc edildi: Baxış sayı: 775
Vəkil Abdullayevin anası: "Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm"
"Oğlumu qətlə yetirən polis əməkdaşının ən sərt şəkildə cəzalandırılmasını tələb edirəm".
Ens.Az-ın məlumatına əsasən,bunu “Report”un yerli bürosuna müsahibəsində Vəkil Abdullayevin anası Samirə Abdullayeva deyib.
O, oğlunu ölümcül yaralayan yol polisi müfəttişinin ötən gün azadlığa buraxılmasına etirazını ifadə edib: "Vəkilin heç bir günahı olmayıb. Polis silahla qorxuda, havaya atəş aça bilərdi. Amma oğlumu gicgah nahiyəsindən ölümcül yaralayıb".
S.Abdullayeva Rusiyanın hüquq-mühafizə orqanlarını oğlunun qətli ilə bağlı istintaqı şəffaf və ədalətli şəkildə aparmağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət