Vəhşi və ev heyvanlarının 3 ən məşhur hibridi
Canlı təbiətdə bəzən hibridlərə - növlərin qarışığı nəticəsində əldə edilmiş heyvanlar və bitkilərə rast gəlinir. Unikal xarakteristikaya məxsus yeni orqanizm alınır!
İnsanlar bu prosesi idarə etməyə cəhd edirlər və “faydalı” heyvan yaratmaq üçün müxtəlif növ heyvanları cütləşdirirlər. Bu məqalədə belə üç növ heyvan hibdiri ilə tanış ola bilərsiniz.
Zebroid
Zebroid - atası zebra, anası isə at, eşşək və ya poni olan bir növ heyvandır. Zebroidlər analarına oxşayırlar. Ata-zebradan onlarda ancaq ətraflarında və ya boynunda, nadir hallarda isə bədənində zolaqlar olur.
Zebroidlər elə-belə yaranmayıb - onları 19-cu əsrdə Afrikada yükdaşıyan heyvanlar kimi yaratdılar. İş burasındadır ki, zebroidlərdə sese milçəyinin dişləməsinə qarşı dözümlülük var. Onlara bu zebralardan irsən qalıb. Ev atlarından onlarda “itaətlilik” qalıb - onları adi vəhşi zebralardan fərqli olaraq əhliləşdirmək olar. Rusiyada cəmi bir zebroid var - o Novosibirskdə zooparkda yaşayır.
Canavar-it
Addan göründüyü kimi bu it və canavarın hibrididir. Vəhşi təbiətdə rast gəlinir. İş burasındadır ki, keçə itləri canavarlar tərəfindən “özləri” kimi qəbul edilir, bəzən onları hətta öz sürülərinə qəbul edirlər.
Amma xüsusi əhliləşdirilmiş canavar-it variantı da var. İnsanlar canavar və itləri xüsusilə cütləşdirirlər və “yaxşılaşdırılmış özəlliklərlə” it alınır - duyum və tutmaq daha yaxşı olur. Amma onların mənfi cəhəti əhliləşdirmənin di itlərdən daha çətin olmasıdır və onlarla ancaq mütəxəssislər məşğul olurlar.
Rusiyada canavar-itləri Permdə xüsusi məqsədlə yaradırdılar, bunun üçün canavar və çoban itlərini cütləşdirirlər. Amma layihə inkişaf etdirilmədi və 2000-ci illərdə müvəffəqiyyətlə bağlandı.
Savanna
Sonda isə siyahıdakı ən uğurlu hibriddir. Savanna ev pişiyi ilə afrika sevvalının hibrididir. Onlar hələ yumşaq şəkildə “ev hepardları” adlandırırlar. Bu dünyada ən bahalı ev pişiyi cinsidir. Bir bala pişiyin qiyməti 5-25 min dollar arasında dəyişir.
Savannalar 20-ci əsin 80-ci illərində ortaya çıxıb. Genetiklərin ideyası belə olub - mehriban və ev şəraitinə uyğunlaşmış böyük gözəl pişik cinsi yaratmaq.
Vəhşi afrika servalı
Serval kolluq pişiyinin rəsmi adıdır - bu şərtlər üçün ancaq qismən uyğun gəlirdi. Böyük qulaqlara və uzun pəncələrə malik çox gözəl vəhşi pişiklərdir. Amma xaraktercə tamamilə dözülməzdir, əhliləşmək istəmirlər. Afrikada səhralardan başqa hər yerdə yaşayırlar. Özünəməxsus leopard rəngi onlara sarımtıl otda və yerli savannaların kolluqlarında görünməz qalmağa imkan verir.
Qəşəng avtomobil qiymətinə mehriban pişik
Savannalar çox böyük pişiklərdir - boyu 60sm, çəkisi 15kq olur. Orta boylu meyn-kundan daha böyükdür!
Mənbə: Populyarnaya nauka
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət