Slimfit
  1. MARAQLI

Vəhşi heyvanların qayıtdığı 10 şəhər - Karantin nəticəsində...

Vəhşi heyvanların qayıtdığı 10 şəhər - Karantin nəticəsində...
Sakura

Vəhşi heyvanların qayıtdığı 10 şəhər - Karantin nəticəsində...

Dünyanın bir çox şəhərlərində sərt karantin tədbirləri ilə əlaqədar küçələr boşalıb. İnsanlar koronavirusun yayılmasının qarşısını almaq üçün özünütəcrid rejimində evdə otururlar.

Redaktor.az xəbər verir ki, şəhərlərin boşalmış küçələrində əvvəllər burada gözə dəyməyən vəhşi heyvanlar peyda olmağa başlayıb.

Dünyanın koronavirusa görə karantin fonunda vəhşi heyvanların qayıtdığı 10 şəhərini təqdim edirik:

1.Llandidno, Böyük Britaniya

Llandidno Uelsdə yerləşən dənizkənarı kurort şəhəridir. Koronavirusun yayılması ilə əlaqədar şəhər hakimiyyəti əhalinin özünütəcrid rejimini tətbiq etməyə qərar verib. Bu yaxınlarda şəhərin küçələrində sərbəst gəzən və sakitlikdən zövq alan dağ keçiləri görünməyə başlayıb.

2. Odişa, Hindistan

Hindistan da koronavirus pandemiyasının tüğyan etdiyi ölkələrdən biridir. Buna görə də insanlar evdə qalmağa və çölə mümkün qədər gec-gec çıxmağa məcbur olurlar.

Hindistanın Odişa şəhərində sahil boyu yaşıl tısbağaların sürüsü gözə dəyməyə başlayıb.

3. London, Böyük Britaniya

Böyük Britaniyanın paytaxtı London yalnız bu ölkənin deyil, eləcə də dünyanın maliyyə və iqtisadi mərkəzidir. Lakin baş qaldıran pandemiya səbəbindən bu şəhərin də küçələri boşalıb. Nəticədə Britaniyanın paytaxtının şərqində maral sürüsü peyda olub. Hazırda onlar şəhərin rayonlarından birində məskunlaşıblar.

4. Tirupati, Hindistan

Marallar, həmçinin Hindistanın Uttar-Pradeş ştatının Tirupati şəhərində görülüb. 500 min nəfərədək əhalisi olan şəhərin küçələri özünütəcrid rejiminə görə demək olar boşdur.

5. Berqamo, İtaliya

İtaliyanın şimalında, Berqamo bölgəsində yanında balaları olan qaban gözə dəyib. Heyvanlar insanlarla qarşılaşmaqdan qorxmayaraq boşalmış küçələrdə gəzişirdilər.

6. Santyaqo, Çili

Məcburi karantin səbəbindən çətin günlər yaşayan Çilinin paytaxt sakinləri şəhərin küçələrində gəzişən puma görüblər. Kənd təsərrüfatı və heyvandarlıq Departamentindən bildirilib ki, puma ətraf dağlardan şəhərə qida tapmaq üçün düşüb.

7. Kerala ştatı, Hindistan

Hindistanın Kerala ştatında yerləşən şəhərlərdən birinin küçələrində Malabar civeti gözə dəyib. Nəsli kəsilməkdə olan bu yırtıcı məməlilərə son illərdə çox nadir halda rast gəlinir. Hazırda populyasiyasında 250-dən az yetkin fərd qaldığı üçün, bu heyvanın şəhərin boşalmış küçələrində sərbəst dolaşması daha da maraq doğurub.

8. Barselona, İspaniya

Küçələrini qabanların “işğal etdiyi” başqa bir şəhər isə Kataloniyanın paytaxtı Barselonadır. Şəhər sərt özünütəcrid rejimindədir. Karantin rejimini pozanlara qarşı cərimə tətbiq edilir. Sakinlərin qapalı qapılar arxasında oturmağa məcbur qaldığı bir vaxtda isə yabanı təbiət şəhərə qayıdır.

9. Meksika şəhərləri

Meksikada da karantin elan edilib, lakin vəhşi təbiət bu səssizliyə sevinir. Belə ki, son günlər Meksikanın Kankun şəhərlərinin kanallarında timsahlar sakitcə üzüşürlər.

Həmçinin Kankunda dəniz tısbağası sahildə,  beşulduzlu “Grand Oasis” hotelinin yaxınlığında 112 yumurta qoyub.

Ölkənin daha bir şəhərində sakinlər küçələrdə yaquarın necə qaçdığını videoya çəkiblər.

10. Trinkomali, Şri-Lanka

Marallar Şri-Lankada yerləşən Trinkomalidə də gözə dəyib. Şəhər koronavirusa görə karantinə bağlanıb. Beləliklə də, şəhər sürətlə boşalıb. Qısa müddətdən sonra isə küçələrdə marallar peyda olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR