Slimfit
  1. AZƏRBAYCAN

Vəhşi heyvan saxlayan şəxslərə - Xəbərdarlıq

Vəhşi heyvan saxlayan şəxslərə - Xəbərdarlıq
Sakura

Vəhşi heyvan saxlayan şəxslərə - Xəbərdarlıq

Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsi xəbəri narahatlıqla qarşılanıb.


58 yaşlı əcnəbi vətəndaş dərhal həkimə müraciət edib və ona zərdab vurulub.

Femida.az xəbər verir ki, Report-a məsələ ilə bağlı Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin fikirlərini öyrənib. Q.Əbdüləliyev ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq tələblərinin “Heyvanlar aləmi haqqında” qanunla tənzimləndiyini vurğulayıb: "Mövcud qanunvericiliyə görə, bu tələblər heyvanların xəstəliklərdən mühafizə edilməsi, dövri olaraq peyvəndlənməsi, qeydiyyatının aparılması, növündən asılı olaraq pasportlaşdırılmasından ibarətdir".

 


Q.Əbdüləliyev qeyd edib ki, evində, yaxud obyektində vəhşi heyvan saxlayan hər bir şəxs onu AQTA-nın regional bölməsində qeydiyyatdan keçirməlidir: "Heyvanlara ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Agentlikdə qeydiyyatdan keçmiş baytarlıq klinikaları tərəfindən baytarlıq xidməti göstərilməlidir. Dövri olaraq heyvanlar peyvənd olunmalı, dezinfeksiyaedici maddə və qurd əleyhinə dərmanlardan istifadə edilməlidir. Heyvanı incitmək, ac saxlamaq, cinsi aktivliklə əlaqədar fəallığına kənar təsirlər göstərmək, bəzi hallarda təbii xüsusiyyətində müşahidə olunan mövsümü passivlik və aktivlik dövrünün qarşısını almaq olmaz.

Bu cür hallar heyvanların aqressivləşməsinə, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığına təsir göstərə biləcəyinə diqqət çəkən AQTA rəsmisi əlavə edib ki, qanunvericiliyə görə heyvanları 18 yaşından yuxarı insanlar gəzdirə bilərlər: "Bu zaman heyvanın növündən asılı olaraq həm yedək, həm də ağızlıqdan istifadə edilməlidir".

 

O vurğulayıb ki, heyvanlardan insanlara keçə biləcək bəzi potensial xəstəliklər var: "Məsələn, quduzluq, brusellyoz və qarayara xəstəlikləri misal göstərə bilərik. Bundan başqa helmint xəstəlikləri də var ki, heyvanlar tükləri və təbii ifrazat vasitəsilə onların yumurtalıqlarını yaya bilərlər. Bunun qarşısını almaq üçün heyvanın saxlanıldığı ərazidə xəstəlik riskindən asılı olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Əgər heyvan insanı dişləyibsə, yaxud hər hansı zədə və ya yara yaradıbsa ilk növbədə həmin ərazi üzrə səhiyyə təşkilatına müraciət etmək lazımdır. Bu zaman səhiyyə təşkilatı dərhal hadisəyə reaksiya verməli, yaranmış zədə və yaxud heyvanın sağlamlıq vəziyyətindən asılı olaraq müvafiq tədbirlər görməlidir".

 

Qeyd edək ki, mövzu ilə bağlı bu ay "Report" material dərc etmişdi.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR