Slimfit
  1. CƏMİYYƏT

Vəfat edən aktyorun dostu: “Altı gün öncə restoran açmışdı”

Vəfat edən aktyorun dostu: “Altı gün öncə restoran açmışdı”
Sakura

Vəfat edən aktyorun dostu: “Altı gün öncə restoran açmışdı”

“Ramiz yüksək təzyiqdən əziyyət çəkirdi. Hər dəfə də zarafatyana deyirdi ki, mənə heç nə olmaz, limon çeynəyərəm, təzyiqim düşər”.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri News24.az-a açıqlamasında mərhum aktyor Ramiz Hüseynzadənin dostu Yusif Ramiz deyib. O, bildirib ki, aktyor uzun müddət təzyiq problemindən əziyyət çəkib: 

“Çox pozitiv insan idi. Onunla 2013-cü ildən tanışıq. Düzdür, son bir neçə ayda pandemiya səbəbindən maddi sıxıntıları vardı, amma altı gün öncə bir restoran açdı və müəyyən planlarını gerçəkləşdirdi. Vəziyyət düzəlməyə doğru gedirdi. Amma dünən axşam hamımızı sarsıtdı. Hələ də özümə gələ bilmirəm. İki gün qabaq ailəsi ilə deyib-gülüb, sonra birdən-birə halı pisləşib, təcili yardım çağırmaq istəyib, amma bacarmayıb, telefon əlindən düşüb. Xəstəxanaya aparılsa da, xilas etmək mümkün olmadı”. 

Y. Ramiz mərhumun yayılan statusuna da münasibət bildirib: “Bilmirəm, bu sözləri kim yazıb, kim yayıb, amma Ramiz heç vaxt ölümdən danışmazdı. Gözəl ailəsi, üç balası, işi-gücü var idi. Niyə ölmək istəsin?! O, gəzməyi, əylənməyi sevən, həyat dolu adam idi. İnanmıram ki, bu statusu o yazıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR