Veb-kameralar işləmir? - Şəxsən Məzahir Pənahov özü yoxlayır
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi məntəqələrdə veb-kameraların işlək vəziyyətdə olmaması ilə bağlı məlumatlara münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, M.Pənahov deyib ki, yayılan məlumatlar əsassızdır.
“Bu məlumatı Azərbaycandan kənarda yaşayan bloqerlərdən biri yayıb. Bu məsələ aydınlaşdırılıb”, - deyə M.Pənahov əlavə edib.
MSK sədri vurğulayıb ki, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub:
“Kamera görüntüləri istifadə olunmazdan əvvəl sistem yenilənməlidir. Amma bu, edilməyib”.
M.Pənahov hazırda seçki məntəqələrində min veb-kameranın olduğunu vurğulayıb:
“Onların hamısının işlək vəziyyətdədir. Özüm şəxsən əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq üçün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət