Slimfit
  1. MARAQLI

Vaxtın düzgün idarəedilməsi ilə bağlı tövsiyələr: SƏHV hesab edilən TOP 10 ADDIM

Vaxtın düzgün idarəedilməsi ilə bağlı tövsiyələr: SƏHV hesab edilən TOP 10 ADDIM
Sakura

Vaxtın düzgün idarəedilməsi ilə bağlı tövsiyələr: SƏHV hesab edilən TOP 10 ADDIM

Ötən gün ənənəvi iclaslarımızın birində əməkdaşlarımızdan biri işlərin çoxluğundan stessə düşdüyünü deyirdi və etiraf da edirdi ki, ola bilsin ki, vaxtını düzgün idarəetməkdə çətinlik çəkir.

Bu mənə yazmaq üçün yeni mövzu verdi, vaxtı necə düzgün idarəetmək olar? Məsələn, mən belə demək mümkünsə səhər adamıyam, bu vaxt çərçivəsində daha effektiv işlədiyimi düşünürəm. Eləcə də, günün digər vaxtını daha səmərəli keçirmək üçün etməli olduğum işlərin siyahısını özüm üçün tərtib edirəm və belə demək mümkünsə həmin işlərin icrası mənim üçün müqəddəs olur, çünki başa düşürəm ki, bu gün bir də olmayacaq. Vaxtın idarəedilməsi ilə bağlı əziyyət çəkdiyim bir nüans isə görüşlərə vaxtından öncə getməyimdir. Bu mənfi halı da artıq balanslaşdırmağa çalışıram.

Elə isə başlayaq mövzumuza vaxtın idarəedilməsi ilə bağlı etdiyimiz TOP 10 SƏHV

SƏHV 1. To-do-list-ləri idarə etmək bizə çətin olur. Çox zaman sizin üçün prioritet olan işlərin icrasını reallaşdırmaq çətin olur. To-do-listinizdə işləri yüksək öncəlikli, aşağı öncəlikli olmaqla 2-yə ayıra bilərsiniz. Hətta yüksək öncəlikli işləri A və aşağı öncəlikli işləri isə F ilə adandırmaq olar, bu işdə rəqəmlər də sizin köməyinizə çatacaq.

SƏHV 2. Hədəflərinizin olmaması. 6 aydan, 1 ildən sonra, özünü harda və necə görürsünüz? Ötən aylar ərzində hansı bacarıqları özünüzdə görmək istəyirsiniz? Belə hədəfləriniz var mı? Çox güman ki, yoxdur. Bu isə nə qədər qəribə görünsə də vaxtı düzgün idarə etməkdə sizə çətinlik yaşadır. Belə ki, uzunmüddətli hədəflərin olması gündəlik prioritet hesab etdiyiniz işləri icra etməyə sövq edəcək və sizə motivasiya olacaq.

 

SƏHV 3. PRİORİTETLƏRİN YOXLUĞU. Yuxarıda To-do-listinizdə icra etməli olduğunuz işləri yüksək öncəlikli aşağı öncəlikli olmaqla 2-yə ayırmalı olduğunuzdan yazdıq. Məsələn, siz gün ərzində, həm görüşlərdə olmalı, həm aylıq hesabatı hazırlamalısınız. Ancaq hansının daha birinci etməli olduğunuzu bilmirsiniz. Hesabat vacibdirsə, birinci onu edək, görüşləri ən uyğun başqa bir zamana da keçirtmək olar.

SƏHV 4. Diqqət yayındıran nəsnələri idarə edə bilməmək. Bilirsiniz mi? gün ərzində diqqət yayındıran işlərə nə az nə çox düz 2 saatımızı itiririk. Bir düşünün, o vaxtı geri qaytarsaydınız nə qədər iş görərdiniz. Gününüzə nəzarət etmək və diqqət yayındıran işləri minimuma endirmək və fasilələri effektiv idarə etmək vacibdir. Məsələn, diqqətinizi fokuslamaq lazım olduqda sosial şəbəkələri söndürün, sizi zənglər ilə narahat edən olduqda isə vəziyyəti onlara izah etməyə çalışın.

SƏHV 5: TƏXİRƏ SALMA. Bu günün işini sabaha saxlamaq da sizi iş və şəxsi həyatınızı düzgün idarəetməkdə çətinlik yarada bilər. Psixoloqlar deyir ki, hər-hansı işi təxirə saldığınıza görə, daha sonra günahkarlıq hissi keçirsiniz. Və o işi görməkdən qorxursunuz. Bu problemdən çıxmaq üçün isə özünüzə təlqin etməlisiniz ki, həmin bir işin icrasına 10 dəqiqə ərzində başlayacaqsınız.

SƏHV 6: Daha çox təklifə HƏ demək. Özünüzə sual verin təklif edilən hər təklifə HƏ deyirsiniz? Cavab hə-dirsə, o zaman sizin üzərinizdə icra etməli olduğunuz çox iş olacaq. İnsanlara YOX deməyi öyrənin, xüsusilə bunu qarşıdakını incitmədən, soyuqqanlı necə etməyin yollarını da öyrənin. Bəzi insanlar isə mikro menecerdirlər, hər işi özləri etməyə çalışırlar, düşünürlər ki, həmin işi başqasına versələr, qarşıdakı şəxs düzgün icra edə bilməyəcək. Yaxşı olar ki, bu xüsusiyyətinizdən bir qədər əl çəkin.

SƏHV 7: MƏŞĞUL OLMAQ EFFEKTİVLİDİR. Təsəvvür edin, cavablamalı olduğunuz en qədər e-poçt var. Eləcə də imzalamalı olduğunuz kifayət qədər sənədlər var. Unutmayın, məşğul olmaq o işi effektiv icra edəcəksiniz mənasına gəlmir və stressə səbəb ola bilər.

SƏHV 8: Bir çox tapşırığı eyni anda icra etmək. Eyni anda e-poçt yazıb, telefon ilə danışırsınız, düşünürsünüz ki, bununla vaxtınıza qənaət edirsiniz. Ancaq nəticədə nə telefondakı ilə yaxşı danışa bilirsiniz, nə də e məktub yazdığınız şəxsi məmnun edə bilirsiniz. E məktub yazdığınız müştəri narazıdır, sizin diqqət əskikliyinizdən şikayət edir. Çalışın, eyni anda bir neçə işi görməyin.

SƏHV 9: Fasilə etməmək. Dedlayna əməl etmək üçün fasiləsiz 8-10 saat çalışmağınız gözəl səslənir. Amma produktiv olmaq üçün beyinə fasilə vermək lazımdır. Məsələn, özünüz üçün müəyyən edin ki, hər 1, yaxud 2 saatdan bir 5 dəqiqə olmaqla fasilə verəcəksiniz. Bunu etməyi daim özünüzə xatırladın. Əgər acsınızsa, naharınızı edin, bu sizə günü enerjili davam etməyə kömək olacaq.

SƏHV 10: Plananan tapşırıqların effektsizliyi. Siz səhər, yoxsa axşam adamısınız? Günün bu iki zamanından hansında daha produktiv olursunuz? Bu suala cavab tapmaqla işlərinizi günün həmin saatlarına planlaya bilərsiniz. Məsələn, səhər adamısınızsa çox vacib görüşlərinizi günün bu saatında planlayın. Və daha az enerji tələb edən işləri (telefon çağrılarına geridönüş etmək, e-poçtlara cavab yazmaq və s.) günün digər zaman dilimi üçün planlayın. Axşam adımısınızsa, əksinə.

 

Mənbə: Facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR